AQTA: ilin birinci yarısında 197 qida zəhərlənməsi müraciəti olub, 390 nəfər qeydə alınıb

AQTA: ilin birinci yarısında 197 qida zəhərlənməsi müraciəti olub, 390 nəfər qeydə alınıb

Hazırda oxunan: AQTA: ilin birinci yarısında 197 qida zəhərlənməsi müraciəti olub, 390 nəfər qeydə alınıb
632263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin I yarımili üzrə (yanvar-iyun) Azərbaycanda qida zəhərlənmələri ilə bağlı 197 müraciət olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, həmin müraciətlərdən 67-si öz təsdiqini tapıb.

Həmin müddətdə baş verən hadisələrdə 390 nəfər qida zəhərlənməsi ilə əlaqəli qeydiyyata alınıb.
 

Təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı altı ay üzrə 195 nəfər olub. Zəhərlənənlərin sayı daha çox iyun ayında qeydə alınıb. Belə ki, həmin ay 62 nəfər qidadan zəhərləndiyi təsdiq olunub. Yanvar ayında bu göstərici 20, fevralda 23, martda 17, apreldə 39, mayda 34 olub.


Ümumilikdə hesabat dövründə zəhərlənmə səbəbindən ölüm faktı qeydə alınmayıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO