26 minədək abituriyent kənarda qalacaq - Ekspertdən XƏBƏRDARLIQ

26 minədək abituriyent kənarda qalacaq - Ekspertdən XƏBƏRDARLIQ

Hazırda oxunan: 26 minədək abituriyent kənarda qalacaq - Ekspertdən XƏBƏRDARLIQ

632123

“Azərbaycan universitetlərində ixtisas seçimi başa çatdı. 61516 planlaşdırılmış yerə qarşı 87139 abituriyent seçim edib. Bu rəqəmlər göstərir ki, 25623 nəfər qəbuldan kənarda qala bilər”.

Bizim.Media xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli sosial şəbəkədə yazıb.

O təəssüflə qeyd edib ki, artıq indidən xaricdə “atestatla qəbul” vədi verən müxtəlif şirkətlər də aktivləşməyə başlayıb.
 

“Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər. Amma burada əsas məsələ uşağı sadəcə xarici universitetə yerləşdirmək deyil. Universitetin tanınması, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və tələbənin sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.


Əks halda bu gün “universitetə qəbul oldun” sevinci yaşayan gənc sabah diplomunun tanınması, təhsilin davamı və ya işə qəbul zamanı ciddi problemlərlə üzləşə bilər”, - M.Məmmədli vurğulayıb.

Ekspert bütün bunları nəzərə alaraq valideynlərə çağırış edib: “Odur ki, övladınızın xaricdə təhsili ilə bağlı tələsik və düşünülməmiş qərar verməyin. “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmayın”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO