İmişlidə 55 il müəllimlik edən Allahverdi Məmmədovla məktəbin həyətində vida edilib

İmişlidə 55 il müəllimlik edən Allahverdi Məmmədovla məktəbin həyətində vida edilib

Hazırda oxunan: İmişlidə 55 il müəllimlik edən Allahverdi Məmmədovla məktəbin həyətində vida edilib
632049
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişlidə uzun illər pedaqoji fəaliyyət göstərmiş Allahverdi Məmmədov vəfat edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1946-cı il təvəllüdlü Allahverdi Məmmədov rayonun Ayaz Kərimov adına Bəcirəvan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.

O, ömrünün 55 ilini Bəcirəvan kəndində gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Müəllimin yetirmələri arasında müxtəlif sahələrdə tanınan şəxslər də var.

Allahverdi Məmmədovla vida mərasimindən sonra onun cənazəsi çalışdığı məktəbin həyətinə gətirilib. Daha sonra müəllim həmkarları, şagirdləri və kənd sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.

Məlumata görə, Allahverdi müəllim vəfatından əvvəl cənazəsinin çalışdığı məktəbə gətirilməsini vəsiyyət edibmiş. Onun son arzusu ailəsi və həmkarları tərəfindən yerinə yetirilib.

İmişlidə 55 il müəllimlik edən Allahverdi Məmmədovla məktəbin həyətində vida edilib - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO