İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

Hazırda oxunan: İstidə gündə neçə dondurma yemək olar?

632040

Havaların isti keçdiyi günlərdə dondurmaya tələbat artır. Lakin tərkibindəki şəkər və yağ səbəbindən həddindən artıq dondurma istehlakı tövsiyə edilmir.

Bizim.Media xəbər verir ki, fransalı dietoloq Raphael Qruman sağlam böyüklər üçün qaymaq əsaslı dondurmadan bir dəfəyə 2 topdan çox yeməməyi və bunu həftədə 1-2 dəfə ilə məhdudlaşdırmağı məsləhət görür.
 

Sorbet dondurmalar daha az kalorili olsa da, şəkər miqdarı yüksəkdir. Buna görə gündə 2 topdan çox olmamaq şərtilə həftədə 3-4 dəfə qəbul edilə bilər. Su əsaslı dondurmaların isə həftədə 2-3 dəfədən çox yeyilməsi məsləhət görülmür.


Mütəxəssis isti havalarda alternativ olaraq qarpız, yemiş və giləmeyvələri dondurub blenderdən keçirməyi təklif edir. Bu, əlavə şəkər və yağ olmadan sərin desert əldə etməyə imkan verir.

Mütəxəssislər həmçinin xatırladır ki, dondurma susuzluğu aradan qaldırmır. İsti havalarda əsas içki su olmalıdır. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO