Boşanmaların ən yüksək olduğu ərazi...

Boşanmaların ən yüksək olduğu ərazi...

Hazırda oxunan: Boşanmaların ən yüksək olduğu ərazi...

631894

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 1,9 boşanma düşüb.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 4,9 boşanma düşüb.
 

Naftalan şəhərində bu göstərici 4, Bakının Yasamal rayonunda 3,6, Qaradağ və Qubadlı rayonlarında 3,3, Xətai rayonu və Şirvan şəhərində 3,1, Nərimanov rayonu ilə Zəngilanda 3 olub.


İqtisadi rayonlar arasında boşanma səviyyəsi Şərqi Zəngəzurda daha yüksək olub. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb.

Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 təşkil edib.

Ən aşağı boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 0,7 boşanma düşüb. Yardımlıda göstərici 0,9, Cəlilabad və Qax rayonlarında 1, Biləsuvarda 1,2 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO