Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Hazırda oxunan: Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

631867

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.
 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.


Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO