50 yaşdan sonra qocalma niyə sürətlənir?

50 yaşdan sonra qocalma niyə sürətlənir?

Hazırda oxunan: 50 yaşdan sonra qocalma niyə sürətlənir?

631649

50 yaş ətrafında orqan və toxumalarda qocalma prosesi sürətlənə bilər. Lakin bütün orqanlar eyni tempdə qocalmır. Xüsusilə qan damarlarında bu dəyişiklik daha sürətli baş verir.

Bizim.Media xəbər verir ki, araşdırmada 14–68 yaş aralığında 76 orqan donorundan götürülən toxuma nümunələri araşdırılıb.

Nəticələrə görə, qocalmanın ilk molekulyar əlamətləri bəzi toxumalarda təxminən 30 yaşdan etibarən görünür.
 

Ən nəzərəçarpan dəyişikliklər isə 45–55 yaş arasında müşahidə olunub. Bu dövrdə xüsusilə aorta, mədəaltı vəzi və dalaqda əhəmiyyətli dəyişikliklər baş verir.


Mütəxəssislər orta yaş dövrünü sağlam qocalma baxımından mühüm mərhələ hesab edir. Balanslı qidalanma, müntəzəm idman, kifayət qədər yuxu və stressin idarə olunması sağlam yaşlanmağa kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO