Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Hazırda oxunan: Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı
631635
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada sentyabr ayı üçün ilk qar proqnozlarının açıqlanması Azərbaycanda da payızın necə keçəcəyi ilə bağlı maraq yaradıb. Adətən yaxın qonşu ölkələrin hava şəraiti qısa müddətdən sonra ölkəmizdə də müşahidə olunur. Havaların bir neçə gündür sərin keçməsi isə artıq insanların soyuq payıza özünü hazırlamasına səbəb olur. İndi şimaldan gələn soyuq hava kütlələrinin ölkəmizə təsir edib-etməyəcəyi, xüsusən də sentyabrda hava şəraitinin necə dəyişəcəyi sual yaradır:

Bəs Azərbaycanı bu il soyuq payız gözləyirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya bildirdi ki, hələlik sentyabr ayı haqqında məlumat vermək üçün çox tezdir.

“Adətən sentyabr ayı ilə bağlı hava məlumatlarını aylıq proqnoz kimi avqustun axırlarında hazırlayıb məlumatı paylaşırıq”.

G.Məmmədova bununla belə diqqətə çatdırdı ki, yaxın günlərdə ölkə ərazisində, konkret olaraq Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Bölgələrdə isə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO