“Artıq yüksək temperatur mövsümünün son ayıdır, məhz həmin bu ayda müştərilərin istirahətinin son ayı sayılır. Çünki sentyabr ayından etibarən ümumiyyətlə ümumtəhsil müəssisələri, ali məktəblər açıldığı üçün müştərilər daha çox sentyabr ayının 15-nə qədər belə planlamanı edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri “yenisabah.az”a açıqlamasında Cabir Dövlətzadə bildirib.
Onun sözlərinə görə, hazırda regionlardan ən çox gedilən yer Qəbələ və Qusar zonasıdır. Cənub zonasından da Lənkəran və Astara zonası hesab olunur:
“Amma şimal zonası daha çox üstünlük təşkil edir. Göygölə gedən, Gəncə tərəfə gedən turistlər də az deyil. Təbii ki, iyul-avqust ayından ciddi qiymət fərqləndirməsi yoxdur. Onlar sadəcə artıq insanlar sadəcə otellərdə yox, yerlərdə ev turizmindən də istifadə edirlər, evlər kirayələyib, biryataqlı, ikiyataqlı, üçyataqlı evlərdən istifadə edərək daha meqonomik büdcə ilə tətillərini başa vurmağa çalışırlar. Ama regionlarda qiymətlər heç də ucuz deyil. Ev turizmində qalanlar daha çox yeməklərdən daha uyğun şəkildə istifadəni görürlər və onun üçün daha çox ev kiralamağa üstünlük verirlər”.
Ekspert həmçinin qeyd edib ki, sentyabr ayının sonu etibarı ilə yüksək turizmin, yüksək mövsümün bitməsi gözlənilir:
“Çünki sentyabrın sonunda Formula 1 var. Bu, sentyabr ayının ən pik nöqtəsidir və həmin ayda xüsusən Formula 1 qonaqları, həvəskarları, azarkeşləri ölkəyə buyuracaqlar və olğun müddətdə də mərkəz otellərində qiymətlər ən azı 2-3 dəfə bahalaşacaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:23 / 17.08.2026
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Hazırda oxunan: Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Hazırda oxunan: Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
631555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































