Əncir toplamaq istəyərkən HƏYATINI İTİRDİ

Əncir toplamaq istəyərkən HƏYATINI İTİRDİ

Hazırda oxunan: Əncir toplamaq istəyərkən HƏYATINI İTİRDİ

631308

Astarada 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.

1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir toplamaq məqsədilə ağaca çıxıb. Bu zaman müvazinətini itirərək ağacdan yerə düşüb və ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun xəstəxanaya çatdırılarkən artıq öldüyü müəyyənləşib.
 

Bildirilir ki, Bakı şəhərinin Binəqədi qəsəbəsində yaşayan F.Fətəliyev həftəsonu anasının evinə qonaq gəlibmiş.


Meyit müvafiq ekspertizanın aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO