Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Hazırda oxunan: Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

631021

Lənkəranda bir gündə bir neçə kənd, qəsəbə və yaşayış məntəqəsində yanğın qeydə alınıb.

Bizim.Media xəbər verir ki, yanğınlar əsasən rayonun Mis və Şürük kəndlərində, eləcə də Liman şəhəri və Nərimanabad-1 qəsəbəsində baş verib.
 

Daxil olan məlumatlarla əlaqədar Lənkəran və Masallı Rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnikaları və canlı qüvvələri ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı alınıb.


Hazırda Xarici Dillər Təmayüllü Gimnaziyanın həyətyanı sahəsində otlaq ərazidə yanğın davam edir.

Qeyd edək ki, yanğınlar zamanı əsasən quru ot və kol-kos yanıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO