Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Bizim.Media-ya verilən məlumata görə, avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan "Qəsəbə-1" 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.
Bununla əlaqədar avqustun 14-də saat 12:30-dan 14:30-dək Şahbuz şəhərinin Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 13.08.2026
Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ
Hazırda oxunan: Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ
Hazırda oxunan: Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ
630951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































