Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Hazırda oxunan: Samuxda zəhərlənən şəxslərin SON DURUMU

630894

Samuxda zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilənlərin son durumu bəlli olub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, 12.08.2026-cı il tarixində saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub.

Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir:

"Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə xəstəxanadan bildirilib.

Qeyd edək ki, sözügedən şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal edilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO