Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
Bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat 08:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat 11:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
"Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda bildirilib.
Bizim.Media






























































































