300 tələbəyə əlavə 100 manat təqaüd veriləcək

300 tələbəyə əlavə 100 manat təqaüd veriləcək

Hazırda oxunan: 300 tələbəyə əlavə 100 manat təqaüd veriləcək
630342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər il qəbul imtahanlarında 500 bal və daha yüksək nəticə göstərərək ixtisas seçimi mərhələsində I və ya II sırada müəllimlik ixtisaslarını seçərək ali təhsil müəssisələrinə qəbul olunan ölkə universitetləri üzrə ən yüksək nəticəli ilk 300 nəfər tələbə Elm və Təhsil Nazirliyi tərəfindən verilən "Gələcəyin müəllimi" təqaüdünü almaq şansı qazanırlar.

ADPU-dan Bizim.Media-ya verilən məlumata görə, bu təqaüd yüksək nəticələrlə müəllimlik peşəsinə yiyələnmək istəyən gənclər üçün motivasiya olaraq nəzərdə tutulur və məbləği aylıq 100 AZN təşkil edir.
 

Əgər "Gələcəyin müəllimi" təqaüdü alan tələbə 4 illik təhsil müddətində (qoşa ixtisarlarda 5 il) müəyyən olunan ortalama müvəffəqiyyət göstəricilərini (71 və daha yüksək) qoruyarsa, məzun olana qədər təqaüddən yararlana bilər.


Hər hansı semestrdə yaranan müvəffəqiyyətsizlik yalnız növbəti semestr üzrə təqaüdün dayandırılmasına səbəb olur və növbəti semestrdə tələbənin yenidən yüksək nəticə göstərərək təqaüd alma şansı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO