Elşən Nəsirov vəfat etdi - FOTO

Elşən Nəsirov vəfat etdi - FOTO

Hazırda oxunan: Elşən Nəsirov vəfat etdi - FOTO
630284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə NDU-nun sosial şəbəkə hesabında məlumat verilib.
 

Elşən Nurəddin oğlu Nəsirov 29 sentyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində alıb, 1979-cu ildə Bakı Politexnik Texnikumuna qəbul olunub və 1983-cü ildə həmin təhsil müəssisəsini bitirib.


Əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhərində texnik vəzifəsində başlayıb. Sonrakı illərdə müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışmış, zəngin peşəkar təcrübə qazanıb.

2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetinin Humanitar Elmlər kafedrasında müəllim, 2002–2011-ci illərdə Naxçıvan şəhərində "İdeal” firmasının direktoru vəzifəsində çalışıb.

Sonrakı illərdə də müxtəlif müəssisələrdə rəhbər və mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir.

2020-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasında müəllim kimi çalışırdı.

Allah rəhmət eləsin!

Elşən Nəsirov vəfat etdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO