Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Hazırda oxunan: Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

630265

Honkonqda son 140 ildən artıq müddətin temperatur rekordu yenilənib. Şəhərdə 36,9 dərəcə Selsi temperatur qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Honkonq Rəsədxanasının məlumatına görə, bazar günü şəhərin əsas meteoroloji müşahidə məntəqəsində 36,9 dərəcə temperatur qeydə alınıb.

Bu, 1884-cü ildən bəri həmin stansiyada qeydə alınan ən yüksək göstəricidir.

Honkonqda əvvəlki temperatur rekordu 22 avqust 2017-ci ildə, “Hato” tayfununun şəhərə yaxınlaşmasından əvvəl qeydə alınmışdı. Həmin gün temperatur 36,6 dərəcəyə yüksəlmişdi.
 

Lakin şəhərin bəzi ərazilərində temperatur bundan da yüksək olub. Şimaldakı Şeunq Şui bölgəsində 39,8 dərəcə qeydə alınıb. Bu göstərici 1980-ci illərdə avtomatik meteoroloji stansiyaların fəaliyyətə başlamasından bəri Honkonqda qeydə alınan ən yüksək temperatur hesab olunur.


Meteoroloqlar anomal istiliyin “Delfin” tropik siklonu ilə əlaqəli olduğunu bildirirlər. Siklon Çinin şərq sahillərinə doğru irəlilədikcə, onun yaratdığı hava axınlarının Honkonq və ətraf ərazilərə isti hava gətirdiyi qeyd olunur.

Honkonq Rəsədxanası şəhərdə “Çox isti hava” xəbərdarlığı elan edib. Sakinlərə kifayət qədər su içmək, günəş altında uzun müddət qalmamaq və açıq havada ağır fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinmək tövsiyə olunub.

“Delfin” siklonunun Çinin sıx məskunlaşmış şərq sahillərinə yaxınlaşması bölgədə ciddi tədbirlərə səbəb olub.

Siklonla əlaqədar 1000-dən çox uçuş ləğv edilib, bəzi ərazilərdə əhali təxliyə olunub və yüksək səviyyəli hava xəbərdarlıqları verilib.

Siklonun Çjetszyan və ya qonşu Fucyen əyalətinə çatacağı gözlənilir. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO