Bakıda qəza: 2 nəfər xəsarət aldı

Bakıda qəza: 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Bakıda qəza: 2 nəfər xəsarət aldı

630074

Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub.

Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində avtomobilə və işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO