Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Hazırda oxunan: Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

630067

Ata nəsli Qərbi Azərbaycanın İcevan (Karvansara) rayonunun Salah kəndindən, Dəmirlilər nəslindən və Mərdanovlar soyadından olan həmyerlimizin Y DNT nəticəsi J1 haploqrupunun CTS1460 subkladı olaraq müəyyən olundu. Bu subklad Qafqazın ən qədim mutasiyalarından sayılır və istər Ermənistan, istərsə də Gürcüstan ərazilərində aparılmış paleodnt nümunələrində aşkarlanmışdır.

Bu subkladı Kür-Araz mədəniyyətinin genetik davamı kimi qəbul edirlər. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov məhz bu nəsildəndir.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar bildirib.

Onun sözlərinə görə, bu nəticə göstərir ki, Misir Mərdanovun ata babaları 6000 il öncə də bu torpaqlarda yaşamış yerli və arxaik soylardandır:

“Bu subklad həmçinin Qərbi Azərbaycanda Əmirxeyir kəndindəki Dümələ və Salah kəndindəki Doluxanlı nəslində də aşkarlanmışdır. Testlər artdıqca bu subkladın xüsusən Qərbi Azərbaycanda və Azərbaycan türklərində geniş yayıldığı ortaya çıxacaq. Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO