Bakıda qadın telefonla döyüldü — Məhkəmə

Bakıda qadın telefonla döyüldü — Məhkəmə

Hazırda oxunan: Bakıda qadın telefonla döyüldü — Məhkəmə

629908

Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, Oğuz rayon sakini, 1990-cı il təvəllüdlü Ruslan birlikdə yaşadığı evdə arvadı İradə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Buna səbəb qadına yemək hazırlamadığına görə irad bildirməsi olub. Onlar arasında həmin səbəbdən ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib.

O, həmin mübahisə əsnasında əsəbiləşərək arvadının üzərinə hücum edib. Qəsdən əl zərbəsi ilə qadının sifət nahiyəsinə vurub.

Ardınca İradənin əlində olan mobil telefon cihazını alıb və həmin cihazla qadının sağ qolundan vurub. Ona fiziki ağrı yetirib.

İş üzrə izahat verən Ruslan ona elan olunmuş Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, İradə ilə 2015-ci ildə ailə həyatı qurub, həmin nikahdan 2 övladı var:

“Məlum hadisə günü, saat 17 radələrində yaşadığım evdə olduğum zaman İradənin evdə uşaqlara yemək hazırlamadığı üçün ona sözlə iradımı bildirdim. Bu zəmində İradə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək İradənin üzərinə getdim, üzünün sol hissəsinə şillə vurdum. Sonra isə İradənin əlində olan mobil telefonunu aldım və həmin telefonla onun sağ qolunun bilək hissəsindən vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra mübahisələri başa çatıb və o, evdən çıxaraq gedib. O, zərərçəkmiş şəxslə barışıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO