
- A-
- A
- A+
Cəmiyyət
21:37 / 07.08.2026
1 dəq oxunma
Vəkil İlqar Həmidov həbs edildi
Hazırda oxunan: Vəkil İlqar Həmidov həbs edildi
629905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib.
Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.
Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































