Azərbaycanla Tacikistan arasında təhsil sahəsində saziş TƏSDİQLƏNDİ

Azərbaycanla Tacikistan arasında təhsil sahəsində saziş TƏSDİQLƏNDİ

Hazırda oxunan: Azərbaycanla Tacikistan arasında təhsil sahəsində saziş TƏSDİQLƏNDİ

629830

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Qeyd edək ki, saziş 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO