Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Hazırda oxunan: Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

629724

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə avqustun 8-i saat 11:00-dan etibarən başlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. Vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-dək davam edəcək.

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə edilir.

Qeyd olunub ki, vakant yer tutduqdan sonra həmin yerdən imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO