Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Hazırda oxunan: Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

628793

Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasına mühüm təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, banan, kartof, ispanaq, lobya və avokado kimi kaliumla zəngin məhsulların qəbulu orqanizmdə natriumun təsirini balanslaşdırmağa kömək edir.

Araşdırma müəlliflərinin fikrincə, yüksək qan təzyiqi ilə mübarizədə əsas diqqət natrium və kalium arasındakı tarazlığa yönəldilməlidir.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə hipertoniya ilə bağlı qidalanma tövsiyələrinin yenilənməsinə və ürək-damar xəstəlikləri riskinin azaldılmasına töhfə verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO