Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

628782

Avqustun 1-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi anılıb.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov və YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov şəhid Aslan Əliyevin ailəsini ziyarət ediblər. Əvvəlcə şəhidin adına inşa edilmiş bulağın barelyefi önünə gül dəstələri qoyulub.

Bizim.Media xəbər verir ki, icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Qeyd edilib ki, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur.
 

Aslan Eldar oğlu Əliyev 1988-ci il dekabrın 2-də Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə yerləşən məktəbdə alıb, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçərək 184 nömrəli tam orta məktəbi bitirib.


2007-ci ilin yanvar ayında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin iyul ayında Ağdam rayonunun Gülçülük sovxozu ərazisində yerləşən mövqelərimizdə düşmən atəşi nəticəsində şəhid olub və avqustun 1-də Puta qəsəbəsində dəfn edilib.

Şəhidin atası Eldar Əliyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, qazanılan tarixi Qələbədə oğlunun da payı olduğuna görə qürur hissi keçirdiyini qeyd edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO