“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

Hazırda oxunan: “2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva
628707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar, “Şöhrət” ordenli Sevil Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib.

Bizim.Media xəbər verir ki, Sevil Əliyeva hazırda Azərbaycanda yaşadığını bildirib: 

“Əziz Bacı və Qardaşlar,

Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə Hər Birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm.

Hər birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Hörmətlə, sizin Sevil Əliyeva”.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO