Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Yenilik isə hazırda müəllimlər tərəfindən müzakirə olunan əsas məsələlərdəndir.
Maraqlıdır, bəs müəllimlərin geyim məsələsi nəyə əsasən tənzimlənəcək?
Bizim.Media xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “redaktor.az”a istinadla bildirir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda yazıldığı kimi Nazirlər Kabinetinə təsdiq etmək üçün iki ay vaxt verilib.
"İndiki məqamda bizim də əlimizdə yalnız prezidentin təsdiqlədiyi qanunda olduğu qədər məlumat var. Detallar bəlli olanda ictimaiyyətə məlumat veriləcək", - deyə cavabda qeyd olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:42 / 30.07.2026
Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA
628486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































