Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır

Hazırda oxunan: Bakıda 35 milyonluq park salınır
628467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nəsimi rayonunda salınacaq yeni istirahət parkının tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.

Bizim.Media-nın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, park 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinədək uzanan 12 hektar ərazidə salınacaq.
 

Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-si layihə üzrə hazırlıq işlərini başa çatdırıb. Parkın salınması işlərinin icrası "Xezer-Construction" MMC-yə həvalə olunub və tərəflər arasında müvafiq müqavilə imzalanıb.


Müqaviləyə əsasən, şirkət yeni istirahət parkının salınması işlərini 35,2 milyon manat məbləğində vəsait hesabına həyata keçirəcək.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında parkın layihə-smeta sənədlərinin hazırlanması "Az.Arxitektura" şirkətinə həvalə edilmişdi. Bu məqsədlə bağlanmış müqavilənin dəyəri 2 milyon 387 min 833,84 manat təşkil edib. Layihə-smeta sənədləri də məhz həmin 12 hektarlıq ərazi üçün hazırlanıb. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO