Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Hazırda oxunan: Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

628437

"44" bədii filmi üzərində işi yekunlaşdırdıq".

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov paylaşım edib:

"Filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edildi.

Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram!

Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı.

Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik.

Premyera bu ilin payızında nəzərdə tutulub.

Filmin treyleri növbəti paylaşımımızda təqdim olunacaq.

Ümid edirik ki, bəyənəcəksiniz!".
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO