Yay aylarında havanın temperaturunun yüksəlməsi günvurma hallarına səbəb ola bilər. Xüsusilə günün ən isti saatlarında uzun müddət açıq havada qalmaq, günəş şüalarından qorunmamaq orqanizmdə ciddi fəsadlara yol açır. Bu vəziyyət daha çox uşaqlar, açıq havada işləyən şəxslər, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün təhlükə yaradır. Hər il isti hava şəraitində günvurma səbəbindən təcili tibbi yardıma müraciət edənlər olur.
Bəs bu il yay aylarında günvurma diaqnozu ilə təcili tibbi yardıma gündə orta hesabla neçə nəfər müraciət edir? Son bir ay ərzində günvurma diaqnozu ilə neçə müraciət qeydə alınıb?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, statistika yanlız aylıq olaraq aparılır.
Qurumdan qeyd edilib ki, günvurma ilə bağlı iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 30.07.2026
Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA
628394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































