Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: Bu ərazilərdə işıq olmayacaq

624898

Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 09:30-dan 15:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Eldar Ağayev, Mehman Bünyadzadə, Qızıl Şərq küçələrinin bir hissəsini əhatə edəcək.

Həmçinin Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində (KTM) görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Şərq və Birlik küçələri gərginliksiz qalacaq.

Paytaxtla yanaşı Abşeron rayon ərazisində də fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə KTM-i qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO