Şəmkirdə 38 yaşlı qadın bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib.
1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



































































































