Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Hazırda oxunan: Qızardılmış ət sevənlər OXUSUN

624740

Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların mütəmadi istehlakı sağlamlıq üçün potensial risk yarada bilər.

Bizim.Media xəbər verir ki, onkoloqların sözlərinə görə, manqal zamanı və ya yüksək temperaturda uzun müddət bişirilən ət məhsullarının səthində heterotsiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi zərərli kimyəvi birləşmələr yarana bilər.

Bu maddələr isə uzunmüddətli təsir zamanı orqanizmdə xərçəng riskini artıran amillərdən biri hesab olunur.
 

Həkimlər vurğulayırlar ki, bu tip qidaların təsadüfi və ölçülü şəkildə istehlakı əksər hallarda ciddi təhlükə yaratmır. Lakin yanmış və yüksək temperaturda hazırlanmış ət məhsullarının davamlı istifadəsi, eləcə də digər risk faktorları ilə birlikdə sağlamlığa mənfi təsirlərin ehtimalını artıra bilər.


Mütəxəssislər həmçinin qida hazırlanan mətbəx avadanlıqlarına diqqət yetirməyi, xüsusilə örtüyü zədələnmiş və istifadəyə yararsız hala düşmüş tavaların qida bişirilməsində istifadə edilməməsini tövsiyə edirlər. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO