Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı – VİDEO

Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı – VİDEO

Hazırda oxunan: Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı – VİDEO

624636

Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"Hadisə bu gün səhər saat 11 radələrində, Bakı - Sumqayıt şosesinin köməkçi yol istiqamətində baş verib. KIA markalı, 77-DJ-131 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan İsmayılzadə idarəetməni itirərək əvvəlcə Bəhmən Allahverdiyevin idarə etdiyi 77-VB-339 dövlət nömrə nişanlı, "Mercedes-Sprinter" markalı avtomobilə, daha sonra isə 10-TG-404 dövlət nömrə nişanlı 517 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO