Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

Hazırda oxunan: Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi

624498

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib.

Bizim.Media “Unikal.az”a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü (kişi) və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb


Partlayışda xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın ata-anasıdır. Onun xəsarət alan bacısının müalicəsi isə xəstəxanada davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO