Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

Hazırda oxunan: Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

624480

Əhalinin müraciətlərinin yerində dinlənilməsi və mövcud problemlərin aradan qaldırılması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Yuxarı Zeyxur kəndində keçirilib.

Bizim.Media xəbər verir ki, icra başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə sakinlərin müraciətləri dinlənilib, onlara müvafiq izahatlar, o cümlədən rayonda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Qəbuldan əvvəl respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd icra nümayəndəsi kənddə mövcud sosial-iqtisadi vəziyyət, əhalinin məşğulluğu barədə məlumat verib.
 

Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov cari ildə rayonda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar sakinlərin təsərrüfatlarına hər hansı ziyan dəyməsi məsələsi ilə maraqlanıb. Eyni zamanda, kənddə vergi yığımının vəziyyəti, Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyəti müzakirə olunub.


Görüş zamanı Yuxarı Zeyxur kənd sakinləri öz müraciət və təkliflərini səsləndiriblər. Sakinlər Yuxarı Zeyxur-İmamqulukənd avtomobil yolunun asfaltlanması, kənddaxili yolların təmiri, içməli su probleminin həlli, kənddə uşaq bağçasının inşa edilməsi, maddi yardımın göstərilməsi və digər məsələlərin həlli ilə bağlı müraciət ediblər. Rayon rəhbəri bütün müraciətləri diqqətlə dinləyib.

Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO