Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Hazırda oxunan: Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

624234

Sənədsiz evlərin sənədləşdirilməsinə başlanılıb. Artıq sənədsiz evi olan şəxslər asanlıqla Dövlət Reyestrindən çıxarış ala bilər.

Bunun üçün əsas tələb odur ki, ev bələdiyyə torpaqlarında inşa edilmiş olsun. Əgər sənədsiz ev bələdiyyə torpaqlarında inşa edilibsə, o zaman vətəndaş yerli bələdiyyəyə müraciət etməlidir.

Bu müraciətdən sonra bələdiyyə müstəqil qiymətləndiricini dəvət edir və həmin torpaq sahəsinin bazar dəyəri müəyyən edilir. Bundan sonra bələdiyyə ilə vətəndaş arasında həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilir. Alqı-satqı həyata keçirildikdən sonra Dövlət Reyestr Xidmətinə müraciət edilir. Nəticədə  torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlak dövlət qeydiyyatına alınır.

Təqdir ediləsi haldır ki, Abşeron yarımadasında bu proses artıq başlayıb.

Binəqədi rayonunda daşınmaz əmlakın alqı-satqısı və icarəsi ilə məşğul olan Zaur adlı şəxs Bizim.Media-ya bildirib ki, son günlərdə bu sahədə aktivlik müşahidə olunur:

“Vətəndaşlar həmin torpaqları asanlıqla özəlləşdirə və çıxarış ala bilirlər. Açığını deyim ki, bələdiyyələr bu məsələdə daha çox maraqlıdır. Çünki alqı-satqı prosesində bələdiyyənin büdcəsinə xeyli vəsait daxil olur. Üstəlik, bələdiyyələr çıxarışı olmayan vətəndaşdan torpaq və əmlak vergisi tələb edə bilmir. Ona görə də bələdiyyələr maraqlıdır ki, ərazilərindəki evlər qısa zamanda özəlləşsin və onlar da normal qaydada vergilərini toplasın”.

Qeyd edək ki, Abşeron yarımadasında 500 mindan artıq çıxarışsız ev var.

Bu evlərin sahiblərinin çoxunun əlində hansısa sənəd var. Lakin bu sənədlərin bəziləri bu gün keçərli deyil. Məsələn kiminsə əlində bələdiyyə sənədi var. Amma həmin ərazi müvafiq bələdiyyənin ərazisi deyil. Bu halda həmin sənədlə özəlləşməyə getmək mümkünsüzdür. Çünki bunun üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir. Bu isə Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir.

Amma bələdiyyə ərazisində inşa edilmiş evin torpağı bələdiyyə mülkiyyətinə aiddirsə və onun sənədlərində hansısa çatışmazlıq varsa, bunun da həll yolu mümkündür.

Belə ki, vətəndaş əlindəki sənədlərlə Dövlət Reyestr Xidmətinə müraciət etməlidir. Hansısa çatışmazlığıa görə Xidmət çıxarış verməkdən imtina edərsə, o zaman vətəndaş etiraz məktubu ilə birgə əlindəki sənədləri birləşdirərək məhkəməyə müraciət etməlidir.
 

Məhkəmə araşdırmasında müəyyən edilsə ki, sənədlərin çatışmazlığı vətəndaşın yox, hansısa qurumun günahı ucbatındandır, o zaman vətəndaşın iddiası təmin olunur. Nəticədə, məhkəmənin qərarına əsasən vətəndaşa Dövlət Reyestrindən çıxarış verilir.


Hazırda əsas problem 2007-ci ildən sonra bələdiyyə qərarı ilə tikilən və yaxud kommunikasiya xətlərinin üzərində, dəmir və avtomobil yollarının mühafizə zolağında, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altında inşa edilmiş evlərlə bağlıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO