Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Hazırda oxunan: Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?
623908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtomobildən gələn qeyri-adi səslər əksər hallarda texniki nasazlığın əlamətidir. Bu səslər hissələrin aşınması, boşalması və ya sürtünməsi nəticəsində yarana bilər. Belə vəziyyətdə sürücü servisə qədər hərəkəti davam etdirməyin, yoxsa avtomobili saxlayıb evakuator çağırmağın daha təhlükəsiz olduğunu müəyyən etməlidir.

Bizim.Media xəbər verir ki, rusiyalı avtomobil eksperti Nikita Arxipov bildirir ki, səsin hansı şəraitdə yarandığını müəyyən etmək vacibdir.
 

Mühərrik dövriyyəsi ilə artan səslər motor və kəmərlərlə, sürətlə güclənən uğultu isə təkər yastıqları, əyləc sistemi və ya transmissiya ilə bağlı nasazlıqdan xəbər verə bilər. Nahamar yolda eşidilən tıqqıltılar isə əsasən asqı və sükan sistemindəki problemlərlə əlaqələndirilir.


Ekspert qeyd edir ki, güclü metal döyüntüsü, davamlı fit səsi, yanmış rezin qoxusu və ya idarəetmədə çətinlik yaranarsa, avtomobili dərhal saxlamaq lazımdır.

Səs zəifdirsə və avtomobil normal işləyirsə, ehtiyatla servisə qədər getmək mümkündür. Problemin daha tez müəyyən edilməsi üçün isə səsi videoya çəkmək faydalıdır. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO