AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara BAŞLAYIR

AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara BAŞLAYIR

Hazırda oxunan: AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara BAŞLAYIR

623856

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları Türkiyənin Qarş şəhərinə uçuşlara başlayır. Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yeni istiqamət üzrə ilk reys 30 iyul 2026-cı il tarixində həyata keçiriləcək.

Bakı–Qars–Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən biri olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər “UNESCO”nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış mövsümündə beynəlxalq turistlərin böyük maraq göstərdiyi Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, Qars regionu yerli mətbəxi və təbii gözəllikləri ilə də səyahətsevərlərə fərqli təcrübə təqdim edir.

Yeni marşrut həm Türkiyənin şərq bölgələrində yaşayan, həm də Azərbaycandan səfər edən sərnişinlər üçün daha yeni bir istiqamətə rahat və birbaşa səyahət imkanı yaradacaq.

Reyslər turizm səfərləri ilə yanaşı, ailə ziyarətləri və işgüzar səfərlər üçün də əlavə imkanlar təqdim edəcək.

Biletləri aviaşirkətin rəsmi internet səhifəsi, AZAL mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO