Texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Dəyişiklik Gömrük Məcəlləsinin 9.0.5-ci və 92.2.3-cü maddələrinə edilir və "Texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun tərtib olunan uyğunluq sənədlərinin gömrük prosedurlarında istifadəsini nəzərdə tutur.
Qanun bütün idxal mallarına dərhal tətbiq edilməyəcək. O, yalnız barəsində həm texniki reqlamentlərin, həm də istinad edilmiş standartların birlikdə qüvvəyə mindiyi mallara və həmin tarixdən 2 il keçdikdən sonra idxal edilən məhsullara şamil olunacaq.
Qanun rəsmi dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 07.07.2026
Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ
Hazırda oxunan: Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ
Hazırda oxunan: Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ
623791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































