Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Hazırda oxunan: Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

623787

"Hazırda Bakıda 70–80 qəpiyə satılan qarpızların böyük hissəsi yerli istehsaldır”.

Bizim.Media xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Ekspertin sözlərinə görə, iyul ayı Azərbaycanda qarpız mövsümünün ən qızğın dövrü hesab olunur:

"Hazırda bazarlara əsasən Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir və digər aran rayonlarında yetişdirilən qarpızlar çıxarılır. Bu dövrdə məhsul bol olduğundan qiymətlər də aşağı düşür. Lakin bu il yayın gecikməsi və digər amillər səbəbindən qarpız hələ də nisbətən baha satılır”.

Akif Nəsirli bildirib ki, bəzi market və satış məntəqələrində xaricdən gətirilmiş qarpızlara da rast gəlinir:

"Ancaq yay mövsümündə, xüsusilə 70–80 qəpik kimi münasib qiymətə təklif olunan qarpızların əksəriyyəti ölkə daxilində yetişdirilən məhsullardır. İdxal qarpızları isə əsasən mövsümdənkənar dövrlərdə və ya müəyyən ticarət şəbəkələrində satışa çıxarılır”.

İqtisadçı ötən il olduğu kimi qarpızın qiymətinin 30–40 qəpiyə enəcəyini gözləmədiyini də vurğulayıb:

"Yəqin ki, qarşıdakı günlərdə qarpızın qiyməti 50 qəpiyə düşəcək. Ancaq ötən ilki qiymətlər bu il olmayacaq. Çünki inflyasiya yüksək olub. Ötən illə müqayisədə bazarda bütün meyvə-tərəvəzlərin qiyməti artıb. Sadəcə, qarpızın qiyməti 80 qəpikdən 50 qəpiyə qədər enə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO