Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Hazırda oxunan: Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

623609

Tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hazırda diqqətlər bu iş üzrə apellyasiya məhkəməsinə yönəlib.

Artıq tiktokerin vəkilləri şikayətin hazırlanmasına başlayıb, iş üzrə əlavə dəlil və sübutlar toplayırlar.

İctimaiyyəti maraqlandıran əsas suallardan biri isə budur: Arzumun təqsirliliyi yuxarı instansiya məhkəmələri tərəfindən də təsdiqlənərsə, o, real cəza çəkmədən azadlıqda qala bilərmi?
 

Tanınmış vəkil Orxan Zeynalovun sözlərinə görə, apellyasiya instansiyası hökmü qüvvədə saxlasa belə, məhkəmə məhkumun himayəsində ikisi azyaşlı olmaqla 4 uşağının olmasını, onlardan birinin autizmli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirə bilər. Bu halda Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq 5 il 2 aylıq həbs cəzası şərti cəza ilə əvəz edilə bilər.


Bundan başqa, apellyasiya məhkəməsi məhkumun himayəsində 14 yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, AR CM-nin 79-cu maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsini təxirə sala bilər.

Vəkil Arzumun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı deyir ki, Arzum təkcə Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə deyil, həm də 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddəsi ilə təqsirli bilinib.

Sonuncu maddə qəsdən törədilən cinayətlərə aid olduğundan onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi yalnız o halda mümkündür ki, şəxsə AR CM-in 264-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

Bəs hökm dəyişdirilmədən qanuni qüvvəyə minərsə, Arzum ən tez nə vaxt azadlığa çıxa bilər?

“Belə olan halda məhkumun Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququ qalır. Ali Məhkəmə də hökmü qüvvədə saxlayarsa, Arzum cəzasının yarısını – təxminən 2 il 7 ay hissəsini həbsdə çəkdikdən sonra vaxtından əvvəl cəzadan şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa, gələcəkdə qəbul ediləcək əfv sərəncamı və ya amnistiya aktı da ona şamil oluna bilər”, - Orxan Zeynalov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO