Telman Salahov vəfat etdi

Telman Salahov vəfat etdi

Hazırda oxunan: Telman Salahov vəfat etdi
623598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medallı Telman Həsən oğlu Salahov 89 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub.

O, Gəncə İnşaat Texnikumunu və Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib.
 

1957-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlayan Telman Salahov şəhərin "İnşaatçı" futbol komandasının kapitanı olub və Sumqayıt futbolunun formalaşmasında mühüm rol oynayıb.


Uzun illər futbolçu və məşqçi kimi fəaliyyət göstərən Telman Salahov Azərbaycan futbolunun inkişafına böyük töhfələr verib. 2013-cü ildən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Telman Salahov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO