Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu - VİDEO

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu - VİDEO

Hazırda oxunan: Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu - VİDEO
62333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, şöbəyə Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar edilərək götürülüb. 

Rüfət İbrahimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO