Azərbaycanda müəllim vəfat etdi

Azərbaycanda müəllim vəfat etdi

Hazırda oxunan: Azərbaycanda müəllim vəfat etdi

623210

Azərbaycanda müəllim vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Təranə Pirimova dünyasını dəyişib.

Mərhum uzun illər məktəbdə riyaziyyat müəllimi işləyib.

Məktəbin direktoru Günel Hacıyeva saytımıza açıqlamasında mərhum Təranə Pirimovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini deyib.

Bildirib ki, ailəsindən ayrılan T.Pirimova xəstə atasına baxırmış. İki övladı var.

İş yoldaşları və rayonun pedaqoji ictimaiyyəti Təranə Pirimovanı peşəsinə vicdanla yanaşan müəllim kimi xarakterizə ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO