Tər çox güclü dərman imiş...

Tər çox güclü dərman imiş...

Hazırda oxunan: Tər çox güclü dərman imiş...
622786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər.

Bizim.Media Medicina.az-a istinadən xəbər verir ki, tədqiqat nəticəsində tərin bakteriyalar üçün universal bir vasitə olduğu qənaətinə gəlinib.

"Təbiətin özü tərəfindən icad edilən insan tərindən başqa, ən davamlı bakteriyalar üçün daha yaxşı bir vasitə yoxdur. Tərkibində istənilən zərərli mikroorqanizmi məhv edə bilən bir maddə var", - deyə alimlər bildirib.

Sözügedən maddə zülal dermisiddir. Dermisid yalnız insan tərində aktivləşir: zərərli bakteriyaları öldürən, onların hüceyrə membranlarına nüfuz edən bir virus kimi çıxış edir.

Tərin əsas komponentindən istifadə edərək, həkimlər bakteriyalara qarşı müqavimət kimi ciddi tibbi problemi həll edə biləcək yeni nəsil antibiotiklər yaratmağı planlaşdırırlar.

Əvvəllər avstraliyalı tədqiqatçılar burun seliyinin bədən üçün əla qoruyucu vasitə ola biləcəyini irəli sürərək insanlara onu udmaqdan çəkinməməyi məsləhət görürdülər. Onlar deyirlər ki, udulduqda burun ifrazatı faydalı mikrofloranın aktivatoru kimi çıxış edir və nəticədə immun sistemini gücləndirir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO