Zalujnı fransalı həmkarı ilə hərbi tədarükləri müzakirə edib

Zalujnı fransalı həmkarı ilə hərbi tədarükləri müzakirə edib

Hazırda oxunan: Zalujnı fransalı həmkarı ilə hərbi tədarükləri müzakirə edib

622267

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə fransalı həmkarı Tyerri Bürkar arasında telefon danışığı olub.

Bu barədə T.Bürkar tviterdə bildirib.

Bürkar qeyd edib ki, V.Zalujnı ilə söhbət verimli olub. O, həmçinin Fransanın Ukraynaya hərbi təchizat və hərbçilər üçün təlimlər vasitəsilə dəstəyini davam etdirəcəyinə əmin edib.

“Ukraynalı həmkarım general Valeri Zalujnı ilə səmərəli telefon danışığı olub. Mən onun cəbhədəki durumla bağlı təhlilini dinlədim. Onu Fransanın Ukrayna Silahlı Qüvvələrinə verdiyi təchizat və təlim vasitəsilə davamlı dəstəyimizdə əmin etdim”, - deyə Fransa Baş Qərargah rəisi sosial şəbəkədə yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO