Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Hazırda oxunan: Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

621843

Rusiya istehsalı olan populyar qida məhsulu qonşu ölkədə qara siyahıya salınıb. "Fermer" ticarət nişanı altında buraxılan qarabaşaq (qreçka) yararsız hesab edilərək Belarusda təhlükəli malların reyestrinə daxil edilib.

Bizim.Media xəbər verir ki, rəsmi qərara əsasən, sözügedən məhsulun ölkəyə idxalı tamamilə qadağan olunub, mağazalardakı mövcud partiyaların isə satışdan yığışdırılmasına başlanılıb.

Məhsulun qadağan edilməsinə əsas səbəb kimi keyfiyyət standartlarına cavab verməməsi göstərilib.
 

Belarus Dövlət Komitəsinin ekspertləri araşdırma zamanı müəyyən ediblər ki, bu markaya məxsus qarabaşağın bişmə (yumşalma) müddəti normadan xeyli çoxdur. Standartlara görə bu növ dənli bitkilər ən geci 25 dəqiqəyə bişməli olduğu halda, "Fermer" qarabaşağı 29 dəqiqəyə bişib. Texnoloji qaydaların bu cür pozulması məhsulun keyfiyyətsiz və təhlükəli sayılması üçün əsas verib.


Qeyd edək ki, sözügedən qarabaşaq növü Rusiyanın bir çox regionlarında geniş şəkildə satılır və ailələr tərəfindən gündəlik qidalanmada, o cümlədən uşaqların rasionunda aktiv istifadə olunur.

Qonşu ölkədə qoyulan bu qadağa artıq rusiyalı istehlakçılar arasında da narahatlıq və suallar doğurmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO