Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Hazırda oxunan: Bu əlamətlər xərçəngə İŞARƏDİR

621781

Həkim Anastasiya Fatyanova xərçəng xəstəliyinin ilkin mərhələlərində tez-tez diqqətdən qaçan əlamətlər barədə danışıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Life.ru"ya açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, əgər bir neçə ay ərzində heç bir pəhriz, qidalanma dəyişikliyi və ya fiziki aktivlik olmadan çəki 5 kiloqramdan çox azalırsa, bu ciddi siqnal sayılmalıdır. Fatyanova qeyd edib ki, gecə güclü tərləmə halları varsa və bu, insanın paltar və ya yataq dəstini dəyişməyə vadar edirsə, limfomalar və ya ağciyər xərçəngi ilə əlaqəli ola bilər.


Mütəxəssis həmçinin daimi zəiflik və tez yorulma, uzun müddət səbəbsiz davam edən hərarət, boyun və ya qasıq nahiyəsində limfa düyünlərinin böyüməsi, səsin xırıltılı olması, uzun sürən öskürək, sidikdə, nəcisdə və ya bəlğəmdə qan, eləcə də uzun müddət sağalmayan yara və zədələnmələrin də diqqət tələb etdiyini vurğulayıb.

Fatyanova əlavə edib ki, hər bir əlamət təkbaşına xərçəng demək deyil və çox hallarda səbəb daha zərərsiz ola bilər. Lakin bir neçə simptomun üst-üstə düşməsi və ya getdikcə güclənməsi halında həkimə müraciəti gecikdirmək olmaz.  (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO