Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

Hazırda oxunan: Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

621728

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.

Bizim.Media “ölkə.az”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda BDU-nun əsas korpusunda o zaman rektorun maliyyə məsələləri üzrə müşaviri olan Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev tərəfindən bıçaqla xəsarət yetirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO